01.07.2025, 14:26
AZ EN
29.04.2024, 08:37 446

Qubadlı rayonu, Xocahan kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Xocahan kəndi Həkəri çayının sahilində yerləşir. Oykonim xoca (orta əsrlərdə ticarətlə məşğul olan tacir, habelə məşhur din xadimləri xoca adlanırdı) sözündən və -an (məkan və cəmlik bildirir) şək-dən (h iki a səsinin arasına əlavə edilmişdir) ibarət olub "xocalar; xocaların məskunlaşdığı yer" mənasındadır. Yerli əhalinin məlumatına görə, kənd tarixən ticarət yeri olmuşdur. Oykonim Xocaxan variantında da qeydə alınmışdır.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Vandal ermənilər işğal dövründə kəndi viran etmişlər.

Xocahan kənd 9 noyabr 2020- ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər