Laçın rayonunun Malıbəy kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında (XVI-XVII əsrlər) və Almazzisxevndə yerləşən (XIV əsr) at heykəlli abidənin bud tərəfində həkk olunan üç üfüqi və bir şaquli xətt çox maraqlıdır. Laçın rayonunun Malıbəy, Güləbird, Cicimli kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın təsvirləri vardır. Məlumdur ki, Humay quşu qədim türk xalqlarının tanrısı olmuşdur və bunun abidələrin üzərində təsviri, güman ki, abidələri dağılmaqdan qorumaq məqsədi daşıyırdı.
İsa Musayev