Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 minik avtomobili və 21 təminat və təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 69-a çatıb.
Qeyd edək ki, bu gün Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus tibb avtomobili də maneəsiz hərəkət edib. (Report)