Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. İcra başçısı V.Həsənov Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinə və rifahının yüksəldilməsinə yönəldilmiş son qərarlarından danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
İcra başçısı görüşdə vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib problemlərin həlli üçün aidiyyəti üzrə müəyyən tapşırıqlar verərək nəzarətə götürüldüyünü bildirib. V.Həsənov belə səyyar görüşlərin davamlı olacağını qeyd edib.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD