07.07.2025, 02:39
AZ EN
22.05.2025, 14:56 228

Öz doğma torpağımızda fəxrlə xidmət edirik

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülərək məşğulluğu təmin edilən ailələrdən biri də keçmiş məcburi köçkün Cəmşid Quliyevin ailəsidir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunan qəhrəmanımız hazırda Füzuli Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Yanğından  Mühafizə Xidmətində sürücü vəzifəsində çalışır.

Cəmşid Quliyevin 22 yaşlı oğlu isə Dünya Bankının (World Bank) maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində  "bərbər" zərfi üzrə avadanlıqlarla təmin olunub və hazırda Füzulidə bərbər kimi çalışır.

Bu gün dədə-baba torpağına qovuşan Cəmşid  Quliyev deyir ki, biz Füzuli şəhərindən məcburi köçkün düşəndə mənim 14 yaşım var idi. Hal-hazırda 3 övladımla qayıtmışam Füzuliyə: “Füzuli şəhərini çox bərbad vəziyyətində görmüşdük.  Bu güngü gündə şükürlər olsun Allaha ki, hər şey  abadlaşır, gözəlləşir. Prezidentimizin sayəsində.

Mən Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Çox sağ olsunlar. Məni Füzuli Beynəlxalq Hava Limaında  Yanğından Mühafizə Xidmətində  sürücü kimi işlə təmin ediblər.  İmtahanları verib keçmişəm. Oğlumun 22 yaşı var. Oğluma da Məşğullluq  tərəfindən avadanlıq verilib. Hal-hazırda  Füzulidə bərbər kimi çalışır. Biz bura gələndə Füzuli  şəhəri çox xarabalıq vəziyyətindəydi. Şükürlər ki, Füzuli şəhri də günü-gündən gözəlləyir, abadlaşır. Bu gün Füzulidə Beynəlxalq Hava Limanı var. Bura qayıdan əhalimiz də çoxalır. Var olsun dövlətimiz. Burda bizi hər cür şəraitlə təmin edirlər. Öz doğma torpağımızda fəxrlə xidmət edirik. Bu gözəl günləri bizə yaşatdıqları üçün  cənab Prezidentimizə Allah cansağlığı arzulayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz cansağlığı versin”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər