25.01.2026, 23:01
AZ EN
16.01.2026, 11:49 347

Millət vəkili Horadiz sakinləri ilə görüş keçirib

QARABAĞ
  • Vətəndaşların müraciətlərinə oprativ və yerində baxılması, onların sosial-məişət məsələlərinin həllinə dəstək göstərilməsi məqsədilə regionlarda qəbullar davam etdirilir.

Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli şəhərinin Horadiz qəsənəsində qəbul üçün müraciət edən sakinlərlə növbəti görüş keçirib. Görüş zamanı 35-dən çox seçicinin qayğıları dinlənilib və bəzi müraciətlərlə bağlı yerində qərarlar qəbul edilib.

Sakinlərin müraciətləri mənzil təminatı, əlillik dərəcəsinin alınması, məşğulluq, pensiya məbləğinin yenidən hesablanması, bank kreditləri, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzulardan ibarət olub.

Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı isə rəsmi deputat sorğuları göndərmək planlaşdırılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər