Bunu Ağdamda jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonunda 35 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
"Minatəmizləmə fəaliyyəti işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Qazax rayonunda icra olunur. Bu günədək 206 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 199 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib", - deyə o bildirib. (AZƏRTAC)