08.09.2025, 17:37
AZ EN
08.09.2025, 13:51 266

Xocalının Xanyurdu kəndində 15 ailəyə evlərinin açarları təqdim olunub

QARABAĞ
  • Bu gün köç karvanı ilə Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

15 ailə olmaqla, 46 keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Mənzillərin açarlarını təqdim edən xüsusi nümayəndənin müavini Səbuhi Qəhrəmanov bildirib ki, kənddə sakinlərin rahat yaşayışı üçün müasir infrastruktur yaradılıb. Kənd içməli su, elektrik enerjisi, təbii qaz və rabitə xətti ilə təmin olunub.

Sakinlər uzun illərdən sonra doğma yurdlarına qovuşmağın sevincini bölüşüb, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.

Sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub. (AZƏRTAC)

Oxşar xəbərlər