21.12.2024, 21:15
AZ EN
22.08.2023, 10:39 354

Xankəndidən gələn erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana keçidi təmin edilib

QARABAĞ
  • Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.

Xankəndidən gələn erməni əsilli 61 nəfər "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçib.

Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst hərəkətləri təmin olunub.

Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir. (APA)

Oxşar xəbərlər