18.10.2024, 21:18
AZ EN
26.03.2023, 16:10 241

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri hər iki istiqamətə maneəsiz hərəkət ediblər

QARABAĞ
  • Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. 

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

Belə ki, 7 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid ediblər. 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 18-ə çatıb. (Report)

Oxşar xəbərlər