Məlumdur ki, artıq burada hazırlanan məhsulların 80 faizi ixrac ediləcək.
Xankəndidə istifadəyə verilən tikiş fabriki Azərbaycanla Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının nəticəsidir. Ümumi imvestisiya dəyəri 1 milyon manat olan müəssisə işğaldan azad edilən ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsində mühüm rol oynayacaq. Hazırda fabrikdə 250 nəfər şalışır.
Dəzgahdar, Günel Mehdiyeva:
-İndi Xankəndidə işlə təmin olunmuşuq. İşləyirik və işlədiyimizə görə fəxr edirik.
Dəzgahdar, Çimnaz Nəcəfova:
-3 aydır təlimlər keçirik, bilmədiklərimizi müəllimimiz öyrədir. Standartlara uyğun gözəl tikiş maşınları, ümumiyyətlə, hər şey çox gözəl təmin olumub.
Qeyd edək ki, fabrikdə Pzbəkistandan gələn mütəxəsisslər də çalışır. İş prosesində yerli və Özbəkistan xammalından istidadə edilir.
Texnoloq, Zülfüqar İbrahimova:
-Mən burda texnoloq olaraq çalışıram. Özbəkistandan gəldim. Fabrik çox gözəldi. Mən özümü Özbəkistandayımmış kimi hiss edirəm. Çünki bizdə da eyni olur fabriklər. Öz evimdəyəm deyə düşünürəm.
Hazırda müəsissədə idman köynəkləri istehsal edilir. Amma gələcəkdə digər geyim növlərinin hazırlanması da planlaşdırılır. İstehsalın sayı da 800 nəfərə qədər artırılacaq.
İcraçı direktor, Günel Əlizadə:
-Bizim hal-hazırda istehsalımız idman geyimləri 5-6 milyon ədədlə başlamışıq. Bu, 2025-ci ilin axır aylarına nəzərdə tutulan işçi sayımış 800-ə və istehsalımız 10 milyondan artığa çatdırılması nəzərdə tutulub.
Hazırladı: Tahirə AĞAMİRZƏ