20.04.2025, 02:24
AZ EN
18.07.2024, 15:46 332

AQTA sədri Ağdamda vətəndaşları qəbul edib

QARABAĞ
  • Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ağdam, Bərdə, Ağcabədi, Tərtər və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan öncə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını bildirmişlər.

AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.

Mina RƏŞİD

Oxşar xəbərlər