04.05.2026, 11:50
AZ EN
04.05.2026, 10:16 17

Petrosyandan xəbərdarlıq: "Qorxuludur"

XƏBƏRLƏR
  • Gələn ay Ermənistanda keçiriləcək parlament seçkiləri və onun doğura biləcəyi açı nəticələr ölkənin gələcək taley üçün çx ciddi təhlükə vəd edir. Seçkidən sonra ölkənin ictimai-siyasi həyatında gözlənilən dəyişikliklər  Ermənistanın nəinki suverenliyini itirməsi, hətta daha ağır nəticələrə səbəb ola biləcək hadisələrə yola aça bilər.

"Vətən səsi" xəbər verir ki, bunu 1991-1998-ci illərdə Ermənistanın prezidenti olmuş Levon Ter-Petrosyan yerli mətbuata açıqlamasında bildirib. O, "İlur.am" onlayn nəşrinə verdiyi müsahibədə bildirib ki,  ölkənin fərqli siyasi düşüncələrə malik qüvvələrinin qrup maraqlarından çıxış edərək seçkilərə qatılması fonunda prosesin xaricdən idarə olunamasına cəhdlər özünü açıq göstərir. Onun sözlərinə görə, fərqli siyasi baxışlara malik qrupların meydana çıxması və onların daha çox ölkə xaricindəki qüvvələrə arxalanması Ermənistanı inkişafa deyil, tənəzzülə aparır: "Ermənistanda cərəyan edən hadisələr heç də ürəkaçan deyil. Mən qorxuram ki, ötən əsrin sonundakı xaotik vəziyyətin yenidən təkrarlan. Belə olan halda ölkənin mövcudluğu üçün ciddi təhlükələr qaçılmaz olacaq.

Ter-Petrosyan seçkiqabağı dövrdə siyasi qüvvələr arasında gedən qızğın müzakirə və mübahisələrə işarə edərək bildirib ki, bu cür xaotik və anlaşılmaz proseslərlə mövcud hakimiyyəti dəyişmək asan deyil Onun sözlərinə görə, xüsusilə Baş nazir vəzifəsinə əsas namizədin seçkidə iştirak hüququ şübhə doğuran "Güclü Ermənistan" partiyasının qələbə qazanması mümkün görünmür: "Əksinə, siyasi cəhətdən yetkin olmayan müxalifətin xarici qüvvələrdən dəstək umması bütün resursları əlində cəmləşdirmiş hakimiyyət orqanlarının praqmatik və koordinasiyalı hərəkəti üçün geniş imkanlar açır. Ona görə də mən bu "polemik" tamaşa ilə qətiyyən maraqlanmıram. Məni daha çox seçkidən sonrakı dövrdə baş verəcək hadisələr narahat edir, bu hadisələr ölkəmiz üçün taleyüklü ola bilər".

Ermənistanın ilk prezidenti ölkədə baş verən son hadisələrlə bağlı ictimaiyyətə xəbərdarlıq da edib. O, erməni xalqına belə bir mesaj ünvanlayıb ki, səsvermə gününə cəmi bir ay vaxt qalmasına baxmayaraq, hakimiyyətə əsas rəqib kimi seçkilərə qatıldığını elan edən qüvvələr öz platformasını hələ də açıqlamayıb.

"Sabah çıxıb heç kəsin gözləmədiyi bəyanatlar səsləndirə bilər. Bu, qorxuludur, hadisələr elə elə bir istiqamətə yönəldilər ki, ölkənin gələcəyini məhvə məhkum edər. Ona görə də erməni xalqı qrup maraqlarına xidmət etməməlidir, hansı siyasi qüvvələrə inandığını bir daha dəqiqləşdirməlidir", - deyə keçmiş prezident bu açıqlaması ilə həm də erməni xalqını Rusiyanın "xüsusi tapşırıqlar" əsasında Ermənistana göndərdiyi milyarder Samvel Karapetyanın siyasi kimliyinə işarə edib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Elxan SALAHOV

Oxşar xəbərlər