Bunu Xocalının Xanyurdu kənd sakini Vüsalə Abbasova deyib:
“Çox şadıq. Dünən Prezidentimiz burada oldu, sakinlərlə görüşdü, evlərə baxış keçirdi, problemlərimizi dinlədi. Allah Prezidentimizi qorusun. Mən fəxr edirəm ki, belə bir Prezidenti olan ölkənin vətəndaşıyam. Bu görüş heç vaxt unutmayacağımız tarixi an oldu”.
Kənd sakini evlərinin hər bir şəraitinin olduğunu vurğulayıb: “Bütün zəhməti olanlara təşəkkür edirik". (APA)