07.07.2025, 06:32
AZ EN
18.04.2025, 15:40 247

Braziliya səfiri: Azərbaycan Qarabağda genişmiqyaslı yenidənqurma-bərpa işləri həyata keçirib

QARABAĞ
  • Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma-bərpa işləri həyata keçirib.

Bu barədə Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz deyib.

O, Qarabağda qısa müddətdə yüksək səviyyədə infrastrukturun qurulmasını təqdir etdiyini söyləyib:

“Məcburi köçkünlərin öz evlərinə qayıtmasını mümkün qədər sürətləndirmək üçün minatəmizləmə əməliyyatı aparılır və böyük işlər görülür".

Səfir həmçinin bildirib ki, Braziliya Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanacağına ümid edir: 

“Biz sülh müqaviləsinin mətninin razılaşdırılmasını müsbət qiymətləndiririk və alqışlayırıq”. (Report)

Oxşar xəbərlər