Ağcabədi şəhəri 3 nömrəli məktəb-lisey, Bərdə şəhəri 3 nömrəli tam orta məktəb, Şuşa şəhəri 1 nömrəli tam orta məktəb və Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbdə keçirilən yarımfinal turunda ümumilikdə 671 şagird iştirak edib.
Yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix daxil olmaqla 7 fənn üzrə keçirilib. Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar olunması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. (AZƏRTAC)