20.04.2025, 06:11
AZ EN
13.12.2024, 11:43 270

Qarabağ Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

QARABAĞ
  • Qarabağ Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Nəşriyyat və kitabxana mərkəzində kitab sərgisi təşkil edilib

Tədbir Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Sərginin açılışında Nəşriyyat və kitabxana mərkəzinin direktoru Dönməz Xəlilov, Humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev və Pedaqoji fakültənin filologiya kafedrasının müdiri Əzizağa Nəcəfov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətinin Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olduğuna diqqət çəkiblər.

Çıxışlarda Ulu Öndərin siyasi irsi, xüsusən də müstəqillik, dövlətçiliyi möhkəmləndirmək və Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirmək istiqamətindəki fəaliyyətləri diqqətə çatdırılıb.

Qeyd edək ki, sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair müxtəlif kitablar nümayiş etdirilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər