01.05.2025, 10:10
AZ EN
27.12.2024, 11:34 310

Mühəndislik və Pedaqoji fakültələrinin tələbələri ilə görüşüb

QARABAĞ
  • Qarabağ Universitetinin rektoru Şahin Bayramov aralıq imtahanlarının yekunlaşması və ilk semestr imtahanlarının başlaması ilə əlaqədar Mühəndislik və Pedaqoji fakültələrinin tələbələri ilə görüşüb.

Şahin Bayramov çıxışında tələbələrə uğurlar arzulayaraq qeyd edib ki, imtahana hazırlıq prosesində göstərilən əzmkarlıq gənclər üçün uğurla nəticələnəcək.

Rektor tələbələr üçün keyfiyyətli tədris mühitini təmin etmək məqsədilə müasir tədris metodlarının tətbiqinə önəm verildiyini, təhsilalanların yeni çağırışlara uyğunlaşmaq və fərdi inkişaflarını təmin etmək üçün davamlı dəstək göstərildiyini də diqqətə çatdırıb.

Sonda Şahin Bayramov tələbələrin imtahan prosesi ilə bağlı suallarını cavablayıb və gənclərin təklifləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün keçirilməsində məqsəd tələbələrin imtahanlara hazırlıq səviyyəsini müzakirə etmək və tədris prosesində qarşılaşdıqları çətinlikləri öyrənməkdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər