19.10.2024, 14:18
AZ EN
12.09.2024, 15:17 256

Xaricdə yaşayan azərbaycanlı alimlər Xankəndiyə və Şuşaya səfər ediblər

QARABAĞ
  • Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu çərçivəsində 80-dən çox azərbaycanlı alim Xankəndi və Şuşaya səfər ediblər.

Səfər çərçivəsində elm xadimləri Qarabağ Universitetinin rektoru və dekanları ilə görüşüblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov forum iştirakçılarına Qarabağ Universitetinin strateji hədəfləri və prioritet fəaliyyət istiqamətləri barədə məlumat verib.

Qarabağ Universitetinin qurulması və inkişafı prosesində xaricdə yaşayan alimlərimizin bilik və təcrübəsindən faydalanmaq imkanları müzakirə olunub.

Qeyd edək ki, Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, onları yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparılması üçün şərait yaratmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər