08.09.2024, 07:57
AZ EN
09.07.2024, 17:01 267

Füzuliyə köçürülən daha bir qrup şəxs üçün kiçik bizneslər yaradılıb

QARABAĞ
  • Füzuli rayonuna köçürülən daha bir qrup şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avadanlıqlar çatdırılma xidməti, avtoçilingər və poliqrafiya xidmətləri zərflərini əhatə edib. Proqram iştirakçılarına həmin istiqamətlər üzrə öz işlərini qurmaq üçün bütün zəruri avadanlıqlar verilib.

Bununla da Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 110-a çatıb. (AZƏRTAC)

Oxşar xəbərlər