16.04.2025, 14:25
AZ EN
29.07.2024, 10:02 366

Əməkdar artist Qarabağ Universitetinə kafedra müdiri təyin edilib

QARABAĞ
  • Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.

Qeyd edək ki, əslən Ağdamdan olan Əməkdar artist Səbuhi İbayev bakalavriat və magistratura səviyyələri üzrə təhsilini Milli Konservatoriyada alıb. O, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Asəf Zeynallı adına Musiqi Kolleci və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib.
Mina RƏŞİD

Oxşar xəbərlər