12.03.2025, 08:00
AZ EN
11.03.2025, 13:18 213

FHN tərəfindən Qarabağ Universitetində nümunəvi dərs keçirilib

QARABAĞ
  • Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin mülki müdafiə və fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərinin artırılmasına, təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə Qarabağ Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.

Nümunəvi dərsdə nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər