19.10.2024, 13:44
AZ EN
05.07.2024, 14:12 271

Ağdamda “Təbiəti sevək və qoruyaq” adlı tədbir keçirilib

QARABAĞ
  • Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Təbiəti sevək və qoruyaq” adlı tədbir keçirilib.

Tədbir zamanı mövzu ətrafında çıxışlar edilib. Ekoloji problemlərin həlli, ətraf mühitin qorunub saxlanmasının, yaşıllığın artırılmasının vacibliyindən danışılıb, gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə dəyər verməyin və bu mövzuda maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti vurğulanıb.

Mina RƏŞİD

Oxşar xəbərlər