Bunu Füzuli Hava Limanının inzibati binasında keçirilən iclasda Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
“Füzuli ərazisində 850-1000 yaşa qədər olan ağaclar vardı, ermənilər onları da məhv ediblər. İzi itirmək üçün kökünü belə yandırıblar. Bəzi ağacları istifadə üçün kəsiblər, amma yaşı min illərlə ölçülən ağacları kəsərək kökünü yandırmaq görünməmiş vəhşilikdir. Bu ağaclar, çinarlar təkcə Azərbaycana yox, dünyaya aid olan mədəni irsdir. Emənilərin bununla dünyaya nə mesaj verdikləri anlaşılan deyil. Təsəvvür edin, 152 belə ağacdan 131-i tamamilə yox edilib, 80 faizdən çoxu. Min illərlə yaşı olan çinar, palıd, dağdağan, digər qiymətli meşə cinsli ağaclar məhv edilib”, - deyə o bildirib. (AZƏRTAC)