Bunu kənd sakini Sitarə Abbasova deyib.
“Kəndimizdən altı nəfərlə çıxmışdıq, indi isə altı ailə ilə geri döndük. Gedəndə necə çətinliklə, acı göz yaşıyla getdik. Bir addım irəlidə bizi nə gözlədiyindən xəbərsiz evimizdən çıxdıq. Sağ çıxma şansımız demək olar ki, yox idi. Çox xoşbəxtik ki, artıq hər şey geridə qaldı. Şükür ki, bu gün öz doğma yurdumuza dönməyin də sevinc göz yaşlarını Allah bizə nəsib elədi. Gələcək övladlarımız bir daha bizim yaşadıqlarımızı yaşamasınlar”, - o bildirib. (Report)