05.02.2026, 13:32
AZ EN
05.02.2026, 12:19 25

Şuşada yaşamaq və işləmək çox gözəldir...

QARABAĞ
  • Kamil Zeynalov əslən şuşalıdır. Onun atası 15 yaşına kimi Şuşada yaşayıb. 1992-ci ildə Şuşa işğal ediləndə atası Bakıya gəlib və burada məskunlaşıb. Kamil deyir ki, mən Şuşada olmasam da buranı çox sevirdim. Atam həmişə Şuşadan danışırdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində biz qələbə qazandıq. Bu qələbə məni də çox sevindirdi. Mən Şuşaya qayıtmaq və orada yaşamaq istəyirdim.

2024-cü ilin sentyabr ayında biz Şuşaya qayıtdıq. Dövlətimiz bizə burada ev verdi. Sonra iş üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Bildirdim ki, barista da işləyə bilərəm. Agentlikdə məni təlimə çağırdılar. 10 gün təlim keçdikdən sonra mənə kofe avadanlığı verdilər.  Artıq 4 aydır ki, mən öz işimlə Şuşada fəalliyyət göstərirəm. Yerli sakinlərə və turistlərə xidmət edirəm. İşimdən çox razıyam. Şuşada yaşamaq və işləmək çox gözəldir!

Mina RƏŞİD  

Oxşar xəbərlər