Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəbdə təşkil olunan tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Forumda dövlət və hökumət nümayəndələri, həmçinin iki ölkədən 100-dən çox QHT təmsilçisi iştirak edir.
Tədbirdə Azərbaycan-Özbəkistan əlaqələri barədə videoçarx nümayiş olunub.
Toplantıda iki ölkə arasında əməkdaşlıq imkan və perspektivlər barədə fikir mübadilələrinin aparılması nəzərdə tutulur.
Özbəkistanın və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin hər iki ölkənin dövlət başçılarına birgə müraciətinin qəbulu nəzərdə tutulur. (AZƏRTAC)