Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov oktyabrın 31-də Qarabağ Universitetində "Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar" mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində əhalinin köçürülməsi istiqamətində işlər aparılır:
"Hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb. Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır".
O əlavə edib ki, bölgədə hər bir sakin sosial, təhsil və digər zəruri xidmətlərlə tam təmin olunub. Qarabağ Universiteti, müasir klinika, məktəb və uşaq bağçası kimi infrastruktur obyektləri əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir. (Report)
