24.04.2025, 20:14
AZ EN
24.04.2025, 16:15 221

Dünya səyyahları Xankəndidə

QARABAĞ
  • Dünyanın 30 ölkəsindən olan səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.

Xarici səyyahlar Qarabağ Universitetində müəllim və tələbələrlə görüşüblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru Şahin Bayramov qonaqlara Xankəndi şəhəri və ali təhsil ocağı barədə məlumat verib. Bildirib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.

Sonra "Sülhün ilk addımları" filmi nümayiş olunub, universitetin kitabxanasına eyniadlı kitab hədiyyə edilib. Xarici səyyahlar tələbələrin suallarını cavablandırıblar. (AZƏRTAC)

Oxşar xəbərlər