20.07.2025, 06:35
AZ EN
19.07.2025, 15:59 133

Xocalının Təzəbinə kənd sakini: Sanki yenidən yaşamağa başlamışıq

QARABAĞ
  • İyulun 14-ü yaşamaq üçün Xocalının Təzəbinə kəndinə qayıdan 28 ailədən birinin üzvü olan Məhyəddin Əmiraslanov 33 illik məcburi köçkün həyatını ömürdən yaşamadığını və köçdən sonra sanki yenidən yaşamağa başladığını deyib.

Təzəbinə kənd sakini Qarabağ müharibəsinin ilk günlərindən doğma yurdunun müdafiəsinə qalxanlardan biri olub.

Məhyəddin Əmiraslanov söhbətində qeyd edib ki, münaqişənin ilk günlərindən dəfələrlə ermənilər kəndlərinə hücum edib:

"Kəndimizə edilən hücumlar sovet ordusu əsgərlərilə birgə həyata keçirilirdi. Kəndimizin işğalından sonra İmişli rayonuna, bir müddət orda qalandan sonra isə Pirşağıya köçdük. Doğma yurdumuza dönən günə qədər də orada yaşadıq. Beş gün olar ki, evimizə qayıtmışıq. Elə bilirəm ki, 33 ildə çəkdiyimiz çətin anlar heç olmayıb. Sanki həyatımızın ilk günlərini indi yaşayırıq. Hətta təsəvvür edirdim ki, o zaman qoyub çıxdığım evimi necə var elə də görəcəyəm. Amma hər şeyin tam əksi oldu. Çünki evimiz tam təmirli şəkildə təhvil verildi". (Report)

Oxşar xəbərlər