22.11.2024, 01:36
AZ EN
13.08.2024, 16:57 301

Sədr: “Xankəndidə yerləşən 14 saylı Seçki Məntəqəsi səsverməyə hazırdır”

QARABAĞ
  • “122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı Seçki Məntəqəsi bu ilin fevralında keçirilən Prezident seçkiləri ərəfəsində yaradılıb. Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilər isə məntəqimiz üçün ilk parlament səs verməsi kimi əhəmiyyət daşıyır”.  

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı Məntəqə Seçki Komissiyasının sədri İmran Mirzəyev deyib.

O bildirib ki, seçki məntəqəsi bütün lazımi avadanlıqlarla təchiz olunub, məntəqə səsverməyə hazırdır: “Seçki məntəqəmiz Xankəndi şəhərinin inzibati ərazisini əhatə edir. Məntəqə üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak edirlər. Proses qarşıdakı müddətdə də davam edəcək. Seçicilərin rahat və azad seçim etmələri üçün seçki məntəqəsində bütün şərait formalaşdırlır. Qanunvericiliyə əsasən, səsvermə prosesi ilə bağlı maarifləndirici materiallar da lazımi ərazilərdə yerləşdiriləcək. Proses MSK-nın Təqvim Planına əsasən aparılır”, - deyə İ.Mirzəyev əlavə edib.  

Oxşar xəbərlər

SON XƏBƏRLƏR