27.02.2026, 13:47
AZ EN
27.02.2026, 11:53 174

Xocavənd kənd sakini: "Doğma yurda geri dönmək ümidimizi heç vaxt itirmədik"

QARABAĞ
  • Sakinlər doğma yurda geri dönmək ümidlərini heç vaxt itirmədilər.

Bunu rayonun Xocavənd kənd sakini Elanora Talıbova deyib.

O, kəndlərinin 1991-ci ildə olunmasından sonra ilk olaraq Ağcabədi rayonunda məskunlaşdıqlarını bildirib:

"Daha sonra dövlət bizi evlə təmin etsə də, hər zaman doğulub boya-başa çatdığımız kəndə qayıdacağımız günü gözlədik. Artıq fevralın 20-dən buraya qayıtmışıq, kəndimizin təmiz havası, saf suyu ruhumuza rahatlıq verib. Xocavəndə qayıtdıqdan sonra sanki bütün ağrı-acılarım yox olub. Həmişə inamlı olmuşam, heç vaxt geri dönmək ümidimi itirməmişəm. Çox şükür, o inamımız doğruldu".  (Report)

Oxşar xəbərlər