Bunu 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Ağdərə şəhərində yaradılmış 59 saylı seçki məntəqəsinin sədri Mahir Səmədov deyib.
O bildirib ki, seçki məntəqəsi fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə tam hazırdır. Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqəsində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi başa çatdırılıb. Seçki məntəqəsinə bülletenlər gətirilib. (AZƏRTAC)