Bunu MTP-nin rəhbəri Çarlz Veyli deyib.
"Bu, qrupumuzla Qarabağa artıq üçüncü səfərimizdir. Füzuli, Şuşa, Ağdam, Laçın və Zəngilanın hansı sürətlə bərpa olunduğunu görürük. Hər dəfə yeni bir şeyin şahidi oluruq. Qarabağa gəlmək insanların həqiqətən də çox xoşuna gəlir” – o əlavə edib.
Veyli qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri böyük turizm potensialına malikdir.
"Hesab edirəm ki, yerli turizmin yaxşı gələcəyi var. Mən hər il buraya gələrək regionun necə dəyişdiyini görmək istəyirəm", – o bildirib. (Report)