Əslən Xocalı şəhərindən olan Xələfzadə Könül Tofiq qızı 1997-c ildə Göygöl rayonunda dünyaya gəlib. 1992-ci ildə Xocalı şəhəri işğal olunandan sonra valideynləri məcburi köçkün kimi Göygöl şəhərində məskunlaşmışdı.
Könül Xələfzadə deyir ki, tələbəlik dövrümdə çox aktiv şəkildə Xocalı faciəsinin həqiqətlərini dünyaya çatdırmaq üçün müəyyən işlər görmüşəm: “Bununla bağlı müəyyən tədbirlərdə iştirak etmişəm. Torpaqlarımız işğaldan azad olunduqdan sonra mən belə bir fikir səsləndirmişdim ki, mənim ən böyük arzum doğma Qarabağımızda, Şuşamızda vətəndaşlara xidmət göstərməkdir. Şuşa Dost filialının əməkdaşı olaraq, vətəndaşlara göstərdiyim xidmətin keyfiyyəti əsas dəyərim və hədəfimdir. Şuşa mənim karyeramda Uğur hekayəmin növbəti başlanğıcıdır. Orda həm işləmək, həm hədəflərimi müəyyən istiqamətlərə aparmaqla yanaşı, öz gələcəyimi, gəncliyimi artıq azad və abad Qarabağımızda görürəm”.
Tahirə AĞAMİRZƏ