Mərasimdə çıxış edənlər ölkəmizdə təhsilə verilən önəmdən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. Ümumi tikinti sahəsi 2620 kvadratmetr olan məktəb binası ikimərtəbəlidir. Məktəbdə 16 sinif otağı, texnologiya, fizika, kimya, biologiya, kompüter, texnologiya, hərbi hazırlıq, inzibati və xidməti otaqlar, akt və idman zalları, kitabxana, yeməkxana yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. (AZƏRTAC)