22.11.2024, 08:12
AZ EN
16.04.2024, 10:49 312

Qəbirlərin şumlanaraq əkin sahəsinə çevrildiyi Xocalı qəbiristanlığı

QARABAĞ
  • Ermənistan ordusu torpaqlarımızı işğal altında saxladığı dövrdə nəinki dini abidələrimizi, eləcə də qəbiristanlıqlarımızı da  dağıtmaqdan çəkinməyib. Terror və  təcavüzkarlıq siyasəti Xocalı qəbiristanlığı və Şəhidlər Xiyabanından da yan keçməyib. Qəbiristanlıqdakı minə yaxın məzarın əksəriyyəti indi bu vəziyyətdədir. Məqsəd də bu ərazilərdən Azərbaycan izlərini silmək olub. Burda hətta bəzi qəbirlər şumlanaraq əkin sahələrinə çevirilib.

Bu barədə İctimai televiziyada video-material hazırlanıb.

Xocalı sakini, Anar Bəndəliyev:

-Burda ata babam Bəndəliyev Şıxverdi dəfn olunmuşdu. İndi axtarırıq tapa bilmirik. Baş daşın tapa bilmirik, yeri təxminən bu hissələrdədir.

Xocalı sakini, Səriyyə Cəfərova:

-Bu qəbiristanlıqda mənim atam uyuyur. Eyni zamanda da atamın anası Tamaşa Əzizova Ataş qızı uyuyurdu. Mən axtardım, nə atamın, nə nənəmin qəbirlərini olduğu kimi tapa bilmədim. Düzdür,  qırıntılar var və oranı biz daşla hasarlamışdıq, belə bir yer tapdım, amma atamın qəbrini ermənilər tağıdıblar.

Xocalı qəbiristanlığının yuxarı hissəsində yerləşən Şəhidlər Xiyabanında isə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilən abidə kompleksinin üzlük daşları sökülüb. Hazırda ərazidə bərpa işlərinə başlanılıb. Ərazidə təmizlik işləri aparılır. Daha sonra arxieloqların və Xocalı sakinlərinin iştirakı ilə məzarların əvvəlki görkəminin bərpası təmin ediləcək.

Qeyd edək ki, 1992-ci ildə Xocalının işğalı zamanı  150 nəfər soydaşımız itkin düşüb. Bu yaxınlarda tapılan kütləvi məzarlıqda həmin itkin şəxslərdən bəzilərinin qalıqları aşkarlanıb. Şəxsiyyətləri dəqiqləşdirilən 7 nəfərin  nəşinin qalıqları  Xocalı qəbiristanlığında dəfn edilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR