Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və digər dövlət qulluqçuları iştirak ediblər.
Tədbir iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilib. Həmçinin 2022-ci ildə dövlət qulluqçularının qiymətləndirlməsinə dair hazırlanmış hesabat müzakirə olunub.
Hazırladı: Mina RƏŞİD