Bu sözləri Şuşa şəhərində Ukraynadan gəlmiş səyyah Orest Zub söyləyib.
O, mina probleminin dünyanın qarşılaşdığı ən böyük problemlərdən biri olduğunu bildirərək deyib: “Bu problem müharibələr bitdikdən sonra qalan fəlakətlərdir. Buna görə də dünya birliyi insan həyatı üçün təhlükəli olan bu problemin mümkün qədər tez həllində kömək göstərməlidir. Ukrayna hazırda dünyanın ən çox minalanmış yerlərindən biridir, buna görə də mən bu faciəni daha yaxşı anlayıram”. (AZƏRTAC)