22.11.2024, 03:11
AZ EN
14.06.2023, 16:17 223

Rusiyalı səyahətçi: “Qarabağdakı dağıntılar dəhşətlidir”

QARABAĞ
  • “Qarabağda bütün dağıntılar dəhşətlidir, mina təhlükəsi insanı vahiməyə salır”.

Bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə tanınmış səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində səfərə gələn rusiyalı səyahətçi Tatyana Amayeva deyib.

“Bu, mənim Qarabağa – Azərbaycana ilk səfərimdir. Bütün bunları görmək çox fərqli hisslər idi, çünki müharibə dövründə burada hansı dəhşətlərin yaşandığını başa düşürsən. Bu dağılmış evlərə baxmaq insanı dəhşətə gətirir, hər yerdə minalar var. Buranın nə qədər təhlükəli olduğu dərhal aydın olur. Görünənlər çox ciddi təəssürat yaradıb”, - o vurğulayıb.

Xatırladaq ki, beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.

Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.

İyunun 14-də səyahətçilər Ağdamda, Suqovuşanda və Talış kəndində olublar. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR