09.06.2025, 06:48
AZ EN
03.07.2023, 17:15 326

Mülki ermənilər Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər

QARABAĞ
  • Növbəti dəfə Laçın-Xankəndi yolunun başlanğıcında, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib.

Bununla bağlı iyulun 3-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur. Bu dəfə də Qarabağın erməni əghalisi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir. (Trend)

Oxşar xəbərlər