Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.
“Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmisiniz, gözəl gənclər, qardaş ölkənin nümayəndələri”, - deyə Azərbaycan Prezidenti bildirib.("Report")