22.11.2024, 08:53
AZ EN
17.11.2022, 17:18 306

Şuşa ilə Andonq arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə memorandum imzalanıb

QARABAĞ
  • Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb.

Memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi Koreyanın turizm və mədəniyyət mərkəzlərindən biri sayılan Andonq şəhərinin meri Kvon Qi-Şanq imzalayıblar.

Sənədə əsasən, iki qardaşlaşmış şəhərlər mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədirlər. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə, təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR