23.11.2024, 15:48
AZ EN
31.03.2022, 18:30 899

Sultan Rayev: "Şuşanı bərpa etməklə türk mənəviyyatını dirçəldəcəyik"

QARABAĞ

“Şuşa bərpa edilməlidir. Bunu etsək, türk mənəviyyatını dirçəldərik”.  TÜRKSOY-un yeni baş katibi Sultan Rayev Bursada jurnalistlərlə görüşü zamanı belə deyib.

“Şuşa Azərbaycanın mənəvi mərkəzidir. Bir çox böyük sənətkar, ədəbiyyat və incəsənət xadiminin yurdu olan bu şəhər Azərbaycan xalqının mədəniyyət və mənəviyyat ocağıdır. Yeni vəzifəmdə bu şəhərə xüsusi diqqət yetirəcəyəm. Çünki Şuşa hər bir türkün qəlbindədir”, - baş katib qeyd edib.

TÜRKSOY-un yeni baş katibi Şuşaya hərtərəfli dəstək vermək, 2023-cü ildəki bütün tədbirləri məhz bu şəhərdə keçirmək niyyətində olduqlarını da diqqətə çatdırıb: “Bəşəriyyətin diqqətini Şuşaya yönəltmək istəyirik. Çünki Şuşa türk mənəviyyatı ilə bağlıdır. Bu şəhər türk dünyasının birləşməsi üçün körpüyə çevriləcək”.

TÜRKSOY Daimi Şurasının bu gün Bursa şəhərində keçirilən növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub.

Oxşar xəbərlər