Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Ümumilikdə Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.
Kənddə məktəb, uşaq bağçası, çoxfunksiyalı bina, tibb məntəqəsi və digər obyektlərin tikintisi, istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər görüləcək. (AZƏRTAC)