21.11.2024, 21:05
AZ EN
22.02.2024, 10:16 327

Azad olunmuş ərazilərdə yol layihələrinin böyük hissəsi 2025-ci ildə tamamlanacaq

QARABAĞ
  • Azad olunmuş ərazilərdə 16 yol layihəsi icra olunur, onlardan üçünün reallaşdırılması artıq bitib.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bərdə-Ağdam, Hadrut-Füzuli avtomobil yoları və "Zəfər yolu" üzrə işlər artıq bitib.

"Digər layihələr üzrə işlər sürətlə gedir. Bəzi layihələrdə layihə gücü artıq 70%-i ötüb", - Saleh Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu ilin sonu - 2025-ci ilin ortalarında qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq. (APA)

Oxşar xəbərlər