04.03.2026, 09:55
AZ EN
06.01.2026, 17:39 126

"Rabitəinşaat" Ağdamda binalar tikəcək

QARABAĞ
  • Yenidən qurulan Ağdam şəhərində ümumi dəyəri 10 milyon manata yaxın olan daha bir tikinti layihəsinə start verilir.

"Vətən səsi" xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı elan etdiyi tenderə yekun vurulub. Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-122 üzrə binaların tikintisi işlərinin satın alınmasına dair açıq tenderin qalibi "Rabitəinşaat" ASC olub. Artıq sifarişçi tərəflə icraçı qurum arasında ümumi dəyəri 9 milyon 726,7 min manat olan müqavilə də imzalanıb. Layihənin ehtimal olunan qiymət isə 10 milyon 37,9 min manat idi.

Xatırladaq ki, "Rabitəinşaat" ASC bundan əvvəl də işğaldan azad olunmuş ərazilərdə bərpası ilə ilə bağlı tenderlərdə iştirak edib. Bu yaxınlarda isə həmin Səhmdar Cəmiyyət Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə elan edilmiş açıq tenderin qalibi olub. Müqavilənin şərtlərinə görə, layihənin ümumi dəyəri 1 milyon 4,8 min manat olub.

Elxan SALAHOV

Oxşar xəbərlər