Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Qarabağda işlə təmin olunmaq istəyən şəxslər müraciət edir, həmçinin, şirkətlər öz vakansiyalarını məşğulluq altsisteminə yerləşdirirlər: “Hazırda isə Qarabağda iş platforması üzərində çalışırıq. İnanırıq ki, bütün bu məsələlər daha innovativ yolla həyata keçiriləcək”.