07.09.2025, 15:30
AZ EN
04.09.2025, 18:02 123

Qarabağ və Şərqi Zəngəzurda yüksək maaşlı iş var

QARABAĞ
  • Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri davam edir.

"Vətən səsi" xəbər verir ki, işğaldan azad ərazilərdə dəmir yolu və avtomobil yollarının çəkilişi, elektrik enerjisi və su təchizatının bərpası, tikinti işlərinin sürətləndirilməsi layihələri həyata keçirilir. Təbii ki, bütün bu layihələrin uğurlu icrası bölgədə məşğulluğun da artırılmasını və yeni iş yerlərinin yaradılmasını zəruri edir.

Dövlət Məşğulluq Agentliyinin elektron sistemində Qarabağda iş imkanlarına dair xeyli elan yerləşdirilib. Həmin elektron bazada müxtəlif peşə sahələrini əhatə edəm – mühafizə, nəzarət, kənd təsərrüfatı mütəxəssisləri, sürücülük, tikinti, mühəndislik, memarlıq, operatorluq, eləcə də xidmət sahələri (satıcı, çörəkçi, əczaçı) iş elanları görmək mümkündür. Elanlara əsasən, işlərin böyük hissəsi xidmət və tikinti sahələrini əhatə edir və ən çox tələbat usta peşələrinədir. Şirkətlər əsasən, 18-65 yaş aralığında, orta-ixtisas təhsili olan işçi axtarışındadırlar. Əməkhaqqı məbləği işəgötürən tərəfindən müəyyən edilir və təqdim olunan elanlara əsasən maaşlar 400 manatdan başlayaraq 2841 manata qədər dəyişir. Orta maaş aralığı 550-1700 manat məbləğindədir. Yüksək maaşlı vakansiyalar da var: topoqraf  (2449 manat), memar (2000 manat), baş mühasib (2841 manat) və s.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda təklif olunan iş yerlərində çalışmaq istəyən işaxtaranlar e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olub işsiz və ya iş axtaran kimi qeydiyyatdan keçə bilərlər. CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər qarabagdais@sosial.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər