22.11.2024, 09:06
AZ EN
06.10.2022, 08:00 262

Ağdam şəhəri və kəndləri yenidən qurulur

QARABAĞ
  • Ağdam rayonunun işğalından sonra ilk iş Bərdədən Ağdama qədər olan avtomobil yolunun tikintisinə başlamaq olub. İşin 75 faizi artıq icra edilib. Qarabağın gələcək inkişafını nəzərə alaraq ilk inkişaf proqramına uyğun 1-ci texniki yol 4 hərəkətli zolaqdan ibarət olacaq. Ümumi uzunluğu 191 km olan yol həm də Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşir. İlkin mərhələdə yolun 121 km inşası nəzərdə tutulub.

Şəhərdə müasir tələblərə cavab verəcək yaşayış məllələri Ağdamın təsdiq edilmiş baş planına uyğun inşa ediləcək. Keçmiş məcburi köçkünlərin qayıdacağı məhəllə şəhərin şimal şərqində yerləşir. Məhəllənin bir tərəfində yaxınlıqda Üzərliktəpə abidəsi, digər tərəfində isə İmarət Kompleksi yerləşir. Burada 4-7 mərtəbəli binalar tikiləcək. Alternativ enerji mənbələrindən istifadə ediləcək. Şəhərin laqostikasında da yeniliklər olacaq. Müasir tələblərə cavab verəcək Dəmiryolu və Avtovağzal kompleksi tikiləcək. Dəmiryolu vağzalı gündəlik 800-1000, avtovağzal isə 1300-1500 sərnişinə xidmət edəcək. İmarət Kompleksinə daxil olan İbrahimxəlil xanın türbəsi, Xurşidbanu Natəvanın qəbirüstü abidəsi, Pənahəli xanın sarayı, məqbərələr də yenidən bərpa ediləcək.

Bu günlərdə Prezident cənab İlham Əliyevin iştirakı ilə Ağdamın üç kəndinin də təməli qoyuldu. Bunlar Sarıcalı, Xıdırlı və Kəngərli kəndləridir. Xıdırlı kəndində tikinti işlərinə bu ilin oktyabr ayının 10-da başlamaq və  2024-cü ilin aprel ayının 10-da yekunlaşdırmaq planlaşdırılıb.

Təməli qoyulan Kəngərli kəndində ilkin mərhələdə 290 fərdi ev tikiləcək və bura 1279 sakin köçürüləcək.

Beləliklə, Ağdam şəhəri və yenidən qurulan kəndlər müasirliklə yanaşı tarixi ənənələri də özündə birləşdirəcək ki, hər kəs bu gözəlliyi görməyə can atacaq. 

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR